WwW.BuRCLeR.CLaN.Su - Bürclərin şeirləri


 
Yeni dizayndan razı qaldınızmı ?
[ Netice · Diger ]
Cavablar: 1375
 
Bürclərin şerləri
 
Qoç
Mən bilirəm gerisi boş,
İstəyirsənsə arxamdan qoş.
Əmr götürmərəm, mən verərəm,
Öndəriyəm bu fələyin ...

Buğa
Tək diləyim vardır
Bolca pul, zəngin süfrə ...
Çox bir şeymi istədiyim,
Güvəncəmdir bunlar mənim ...

Əkizlər
Zəkam parlaq, dilim oynaq,
Hər mövzuya əlim cəld,
Çətinliyə heç gələ bilmərəm,
Bir də qərar verəbilsəm! ...

Xərçəng
Tezcanlıyam, romantikəm,
Toxunsalar axar yaşım,
Anam, atam, usaqlarım,
Mən onlarsız nə edərəm ...

Şir
Mən yaratdım bu dünyanı,
Bir də dönsə ətrafımda!.
Hər dediyim dərhal olsun,
Zənginlik və pul məni tapsın ...

Qız
Yazdım, çəkdim, qeydlər aldım
Hər bir şeyi nizamladım,
Yoxdur mənin, əyri,
Mükəmməli mən yaşatdım ...

Tərəzi
Mən musiqisiz yaşaya bilmərəm
Hələ sevmədən heç dayana bilmərəm.
Danışsam da hər mövzuda,
Bildiyimdən şaşmam əsla ...

Əqrəb
Ən güclü şübhəsiz mənəm,
Hər kəsi əzib keçərəm.
Hələ mənə tərs edəni
Doğulduğuna peşman edərəm ...

Oxatan
Macəradan, macəraya,
Qaçmaq əsl işim mənim
Toplayaram həmişə elm, mədəniyyət,
Müdriklikdir mənim işim...

Oğlaq
Xəsisəmmi, mən?
Hesabını bilmək lazımdır.
Günlər aylar düşünər
Qərarlarım çasmaz mənim ...

Dolça
Təqlidçiliyi heç sevmirəm,
İstəsəm də bacara bilmərəm,
Originaldır fikirlərim,
Izləniləcək biri varsa oda mənəm ...

Balıq
Bir dünyam var, böyük saray
Toxunsan qırılırım.
Mən gələ bilmərəm gerçəklərə,
Avunurum xəyallarla