WwW.BuRCLeR.CLaN.Su - Bürclərin xarakterik özəllikləri


 
Namaz qılırsınız ?
[ Netice · Diger ]
Cavablar: 1864
 
Balıqlar bürcü

Balıq bürcünün xarakteristik əlamətləri: Nişanı sudur. Yupiter və Neptunun himayəsindədir. Günəşin Balıqlar burcunden keçdiyi dövrdə doğulanlar incə intuasiyalı olmaqla yanaşı, daim bir narahatlıq hissi də keçirirler.Onlar daha çox humanizm və fedakarlıq remzi kimi tanınırlar. Mənən zərif, ağıllı olmaları ilə seçilirlər. Uzağı görmək bacarıqları ilə etrafdakilar heyran qoyurlar. Bu bürcün altında doğulanlar rahatlığı, seliqe-sehmanı xoşlayırlar. Eliaçıq, qonaqcıl olarlar. Ədaletli, səmimi, mehriban olmaq onların əsas xasiyyətlərindəndir. Bu bürcün altında doğulan qadınlar zerifliyi ilə seçilirler.Onlar sevimli və cazibədar olub cah-celalı, rahatlığı, gözelliyi sevirler.Daxili aləmləri də çox zəngin olan bu qadınlarla ailə qurmaq səadət gətirir.

Balıq bürcü və simvollar:
Planeti: - Neptun
Elementi: - Su
Xüsusiyyəti: - Deyişken
Uğurlu rəqəmi: - 2 və 6
Günü: - 5-ci gün
Uğurlu daşı: - Mirvari
Rəng: - Turkuaz, yaşıl
Heyvan: - Keçi və buynuzlu heyvanlar
Qiymətli daşı: - Platin

Dolça bürcü

Dolça bürcünün xarakteristik əlamətləri: Nişanı havadır. Saturn və Uranın himayəsindədir. Günəşin Dolça burcunden keçdiyi dövrdə doğulanlar xarakterce emosional, tebietce hessas olurlar. Dolça bürcü altında doğulanlar öz insaniyyət sayəsində çox cazibədar olurlar. Onlar dərdə şərik olur və çetinliye düşənlər əllərindən gələn köməyi etməyə çalışırlar.Bu bürc altında dünyaya gələnlər tevazokar olar, nadir hallarda başqalarına ağız açırlar. Onların həyatı uğursuz ola biler, amma heş bir zaman maraqsız olmaz. Heyatın hər üzünü görəcəklər-zenginliyi də, yoxsulluğu da, parlaq uğuru və facielerin də, maraqlı görüşləri və meyusluqları da. Bezen onlara ele gələcək ki, məhv olub getmişler, amma tale onlara nicat verecekdir. Dolça bürcü altında doğulan qadınlar çox cazibədar olurlar. Onlarla vaxt heç zaman darıxdırıcı olmur. Doğulma tarixleri bu bürcle bağlı olan qadınlar incə, zerif olur, yaxşı reqs edirler. Söhbetleri maraqlı və şirin keçir. Ere tez gedir, amma nadir hallarda xobext olurlar. Çünki mehebbetleri erlerinin mehebbetinden güclüdür.

Dolça bürcü və simvollar:
Planeti: - Uran
Elementi: - Hava
Xüsusiyyəti:-Sabit
Uğurlu rəqəmi: - 1 və 7
Günü: - 3-cü gün
Uğurlu daşı: - Firuze
Rəng: - Mavi
Heyvan: - Böyük quşlar
Qiymətli daşı: - Uran


Oğlaq bürcü

Oğlaq bürcünün xarakteristik əlamətləri: Nişanı yerdir. Saturunun himayəsindədir. Günəşin Oğlaq burcunden keçdiyi dövrdə doğulanlar tərs, inancıldırlar.Ağıllıdırlar. İstər fiziki, istərsə də mənəvi cəhətdən dözümlüdürler. Real heyatla yaşayır, işləməyi bacarır və xoşlayırlar. Var qüvve ilə uğur qazanmağa can atır və addım-addım, pille-pille meqsede yaxınlaşır, nəticədə isteye nail olurlar. Bu nişan altında doğulanlar hemişe hörmet qazanırlar. Amma çox qapalı olduqlarından onlarla açıq söhbet etmək çətindir. Doğum tarixi Oğlaq bürcü ile bağlı olanlar enenene, ədəb-ərkanı, sabitliyi xoşlayırlar. Meqsedsiz qerar qebul etmir, tez qızışan və ehtiyatsız iş tutan deyillər. Zahirən tekebburluk görünsələr də, daxilen öz tenhalıqlarından ezab çekir və ətrafda olanların regbetini qazanmaq isteyirler. Çox vaxt hessas ve utancaq olur, lakin bunu böyük seyle gizledirler.Meğrurluğu onlara ezab-eziyyet gətirər. Oğlaq burcunden doğulanlar parlaq zəkalı, güclü yaddaşlı olurlar.Ömürlerinin ikinci yarısı birinci yarısından xoş keçir.Evlenmek qerarına gəlsələr də, çox gec evlenirler. Zabitlərin çoxu bu nişan altında doğulanlar.

Oğlaq bürcü və simvollar:
Planeti: - Saturn
Elementi: - Torpaq
Xususiyyeti: - Liderlik
Uğurlu rəqəmi: - 2 və 8
Günü: - Şenbe günü
Uğurlu daşı: - Firuze
Rəng: - Tünd yaşıl və qehveRəngi
Heyvan: - Keçi və buynuzlu heyvanlar


Oxatan bürcü

Oxatan bürcünün xarakteristik əlamətləri: Nişanı oddur. Yupiterin himayəsindədir. Günəşin Oxatan burcunden keçdiyi dövrdə doğulanlar təmkinli, fəal olurlar. Şəxslər qadınların xoşuna gəlirlər. Şəxslər cəsur, sərbəst olub igidlik göstərməyə, maceralardan keçmeye üstünlük verirlər. Şux və mehriban xasiyyetlerine baxmayaraq bezen imkanlarından çox-çox uzaq olan zirvələrin hesreti ilə yaşayırlar. Yer onlara kiçik görünür və bəzən hətta nə istədiklərini də bilmirlər. Ömürləri qısa olur. Bu bürc altında doğulan qadınlar iki tipde olurlar. Nigaha və ailə heyatına çox çetinlikle uyğunlaşırlar. Özlerini sərbəst hiss elemeyi xoşlayırlar. Uğur qazanmağı bacarırlar. İkinci tipden olan qadınlar müsteqil düşüncəli, kubar, ehkamlardan azad qadınlardır. Hər işi meharetle görməyi bacarırlar. İstedadlı adamları xoşlayırlar.

Oxatan bürcü və simvollar:
Planeti: - Yupiter
Elementi: - Od-alov
Xüsusiyyəti: - Deyişken
Uğurlu rəqəmi: - 5 və 7
Günü: - 4-ci gün
Uğurlu daşı: - Lal
Rəng: - Yasemen rəngi
Heyvan: - At
Qiymətli daşı: - Dəmir


Əqrəb bürcü

Əqrəb bürcünün xarakteristik əlamətləri: Nişanı sudur.Marsın və Neptunun himayəsindədir. Günəşin Eqreb burcunden keçdiyi dövrdə doğulanlar güclü xarakterli olurlar. İlk baxışda onların uğur qazanması üçün zəruri olan hər şeyləri-energiya, diribaşlıq, qüvvetleri vardır.Lakin tündmecaz olduqlarından işləri düz gelmir. Onlar çox esebi olurlar. İşde və borclarını yerine yetirmekde iradelidirler. Isteye çatmaq üçün hər vasiteye el atmağı bacarırlar. Müsteqillik onlar üçün hər şeydən ezizdir. Bu bürcün altında doğulan qadınlar iki tipli olur. Birinci tip qadınlarda temparament örtülüdür, ikinci tip isə həqiqətən başa bəla açan qadınlardır.Birinci tip qadınların gözləri, adətən, od saçır. Onlar asta danışır, paltara xüsusi əhəmiyyət vermirler. Işvekar deyillər. İkinci tip qadınlar işvəli, hessasdırlar.Her işə qarışırlar. Çox xetalı olarlar. Hər yerdə teşvişe və narahatlıq yaradırlar. Kişileri var-yoxdan çıxarmaq, hetta özlerini öldürmək dərəcəsinə çatdırırlar.

Əqrəb bürcü və simvollar:
Planeti: - Pluton - Mars
Elementi: - Su
Xüsusiyyəti: - Sabit
Uğurlu rəqəmi: - 2 və 4
Günü: - 3-cü gün
Uğurlu daşı: - Topaz
Rəng: - Tünd qırmızı, tünd qehveyi
Heyvan: - Eqreb ve diger sürünenler
Qiymətli daşı: - Platinyum


Tərəzi bürcü

Terezi bürcünün xarakteristik əlamətləri: Nişanı havadır. Veneranın himayəsindədir. Günəşin Terezi burcunden keçdiyi dövrdə doğulanlar yumşaq xasiyyetli, parlaq zəkalı olurlar. Təmkinli olmaları ilə başqalarından seçilirlər. Onlar heyatın nebzini tutmağı bacarırlar. Dava-dalaş, qan-qaralığı, gerginliyi xoşlamırlar. Rahatlığı hər şeydən üstün tuturlar. Xoşreftar, nəzakətli, mehriban olduqlarından cemiyyetde sevilərlər. Bu bürcün altında dünyaya gələn qadınlar füsunkar, nevazişli, şıltaq olurlar. Onlar yuxudan gec durmağı xoşlayır, zinət əşyalarını, ber-bezeyi, dadlı yeməkləri sevirler. Onların əsas Meşğuliyyeti mehebbetdir.Sevmek və sevilmək onların yeganə arzusudur. Tez hiddetlenib göz yaşı axıdırlar.Erköyün olsalar da, uşaq kimi mehriban və xeyirxahdırlar.

Terezi bürcü və simvollar:
Planeti: - Venera
Elementi: - Hava
Xüsusiyyəti: - Liderlik
Uğurlu rəqəmi: - 6 və 9
Günü: - 3-ci gün
Uğurlu daşı: - Opal
Rəng: - Mavi
Heyvan: - İlan, kərtənkələ
Qiymətli daşı: - Zümrüd


Qız bürcü

Qız bürcünün xarakteristik əlamətləri: nişanəsi yerdir. Günəşin Qızlar bürcünün keçdiyi dövrdə doğulanlar hər işdə aydınlıq, deqiqliyin olmasını istəyirlər. Nadir hallarda ehtirasa qapılırlar. Qayda qanuna, seliqe-sehmana emel etmeyi xoşlayırlar. Biliklərini daim derinleşdirmeye və genişləndirməyə çalışırlar. Adeten uzun ömür sürürler.Qızlar bürcü altında dünyaya gələn qadınlar cazibəli olsalar da, Temperament çatışmır. Maraqlaşmağı xoşlayırlar. Amma son meqamda geri çəkilirlər. Utancaqlıqdan demək olar ki, həmişə ezab çekirler.

Qız bürcü və sivollar:
Planeti: - Merkuri
Elementi: - Torpaq
Xüsusiyyəti: - Deyişken
Uğurlu reqımi: - 6
Günü: - 3-cü gün
Uğurlu Dai: - Sapfir
Rəng: - Sarı, yaşıl
Heyvan: - Ev heyvanları
Qiymətli daşı: - Cive


Şir bürcü

Şir bürcünün xarakteristik əlamətləri: nişanəsi oddur. Ulduzlar padşahı olan Günəşin himayəsindədir. Günəşin şir burcunden keçdiyi dövrdə doğulanlar hökmlü və daxili aləmləri zəngin olar. Çox böyük daxili qüvve sahibi olsalar da, temparamentli və tez qızışan olurlar. Ne qeder çetinliklere rast gəlsələr dei, təbii şuxluqlarını nadir halda itirim. Adamlardakı xainlik onları hər şeydən artıq heyretlendirir. Onlar var-dövləti, cah-celalı sevir, hemişe vefalı dost olmağa çalışırlar. Qonaqperverliye meyl göstərən bu adamlar çox vaxt israfçılıqları səbəbindən müflisleşirler. Bu bürcün altında doğulan qadınlar mehebbetde semimi, heraretli, sexavetli olub dolaşıq sevgi macəralarını xoşlamırlar. Məğrur olarlar və perestişkarlarının çox olmasını isteyirler. Təsadüfi elaqelerin qaçırlar. Kişi məclislərinə üstün tuturlar. Sevdikləri adama qarşı çox telebkar olub xeyaneti bağışlamırlar. Sevdikləri adamın onları sevdiklərini və onlara layiq olduqlarını deqiqleşdirmemiş nigah bağlamırlar. Gözel ana və evdar qadın olurlar.

Şir bürcü və simvollar:
Planeti: - Günəş
Elementi: - Od-alov
Xüsusiyyəti: - Sabit
Uğurlu rəqəmi: - 5
Günü: - Bazar günü
Uğurlu daşı: - Sarı sapfir
Rəng: - Sarı, narıncı
Heyvan: - Aslan, pishik
Qiymətli daşı: - Qızıl


Xərçəng bürcü

Xerçeng bürcünün xarakteristik əlamətləri: Nişanı sudur. Ayın himayəsindədir. Günəşin Xerçeng burcunden keçdiyi dövrdə doğulanlar daha çox açıq xasiyyetli, xeyalperest olurlar. Tebietce sevilərlər. Xarakterleri ucbatından bezen çetinliklerle üzleşirler. Amma hemişe özlerine qarşı telabkar olarlar. Bu bürc altında dünyaya gələn şəxslər yalnız özünə bəlli olan qanunlar əsasında yaşayırlar. Başqaları üçün cüzi, ehemiyyetsiz olan bir məsələ onlardan ötrü az qala facie sayılır. Buna görə də Xerçeng altında doğulan şəxslər çox zaman başqalarını qiciqlandirir və münaqişenin girirler. Xerçeng bürcü altında doğulan qadınlar hessas, kövrek, fədakar olurlar. Onlar vəfalı ömür-gün yoldaşı, gözəl ana olmaları ilə seçilirlər.

Xərçəng bürcü və simvollar:
Planeti: - Ay
Elementi: - Su
Xususiyyeti: - Liderlik
Uğurlu rəqəmi: - 3 və 7
Günü: - 1-ci gün
Uğurlu daşı: - Mirvari
Rəng: - Şəbəkə, dəniz mavisi, gümüşü
Heyvan: - Balıq qulağı
Qiymətli daşı: - Gümüş


Əkizler bürcü

Əkizlər bürcünün xarakteristik əlamətləri. Ordeni Havadır. Merkurinin himayəsindədir. Günəşin Əkizler bürcünün keçdiyi dövrdə doğulanlar çox ağıllı olub, hər şeyi bilməyə həvəs göstərir, şəraitə asanlıqla uyğunlaşırlar. Bununla belə, onlar bir qədər hirsli olurlar.
Bu bürc altında doğulanlar pərəstişkarlarını daim nigaran qoyurlar. Onlarda sevilməyə, qayğı və nəvazişə böyük tələb vardır. Tənhalıqdan vahimələnirlər. Ən maraqsız və dəyərsiz adamları belə dəyərləndirməyə çalışırlar. Bu bürc altında dünyaya gələn qadınlar gözəl, ağıllı, diribaş, hazırcavab olurlar. Onlarla bir yerdə olan darıxmaz. Adamlarla tez ünsiyyət tapmağı və istənilən məsələdən söhbət açmağı bacarırlar.Bu qadınlar nigahda kişilərə bənzəyir, ərlərinə yaxşı köməkçi və yoldaş olarlar.

Əkizlər bürcü və simvollar:
Planeti: - Merkuri
Elementi: - Hava
Xüsusiyyəti: - Dəyişkən
Uğurlu rəqəmi: - 5 və 9
Günü: - 3-cü gün
Uğurlu daşı: - İnci
Rəng: - Sarı, portağal rəngi
Heyvan: - quşlar, itlər və kəpənəklər
Qiymətli daşı: - Civə


Buğa bürcü

Buğa bürcünün xarakteristik əlamətləri. Ordeni yerdir. Veneranın himayəsindədir. Günəşin Buğa burcunden keçdiyi dövrdə doğulanlar tebietce emosional olurlar. Onlar ayıq zəkalı olub maddi nemetleri xoşlayır, həm də bir qeder bed xerc olurlar. Rahatlığa can atırlar. Cah-cəlal, toy-bayram, deb-debe, temteraq aludesi olarlar. Hər şeydən zövq almağı xoşlayırlar.Bu bürc altında dünyaya gələnlər, xırda-para məsələlərdə inancıl olsalar da, ümumen üzüyola, sakit və sebirli olarlar. Nifuzlu kəslərlə unsiyyetde olmağı xoşlayırlar. Buğa burcunden sayılan qadınlar çox letafetli olarlar. Onlar gözəl əşyaları, gül-çiçəyi, ber-bezekli paltar geymeyi xoşlayırlar. Öz perestişkarlarını var-yoxdan çıxarırlar. Bele qadınlar, adeten, qısqanc olurlar. Çox zaman ürekden vurğunu olduqları adamlara sadiq qalmırlar.

Buğa bürcü və simvollar:
Planeti: - Venera
Elementi: - Torpaq
Xüsusiyyəti: - sabitlik
Uğurlu rəqəmi: - 6 və 4
Günü: - 5-ci gün
Uğurlu daşı: - Zümrüd
Rəng: - Mavi
Heyvan: - Buğa
Qiymətli daşı: - qalay


Qoç bürcü

Nişanəsi oddur. Marsin himayəsindədir. Günəşin Qoç burcunden keçdiyi dövrdə doğulanlar qüvvetli və çevik olurlar. İnsanların və qadınların ümumi cehetleri bunlardır: nikbinlik, şöhretperestlik, tez qızışmaq, özündən müştebehlik, şişirtmeye meyl.
Şəxslər tecavüzkar, nezaketsiz olmaları ilə seçilirler.Başqalarının menafeden və iradəsi ilə hesablaşmırlar.Hereket etməyi, iş görməyi xoşlayırlar.Onlarda edalet hissi güclü olsa da, sebirsiz, hövselesiz olduqlarından tez-tez çetin veziyyete düşürler. Bu bürc altında doğulan şəxslərin heyatlarinin menası islemekden. Amma tez qızışan, kobud olduqlarından ailecanli olmurlar.Burada hər şey qadının diplomatiyasından və Nəzakətini asılıdır. Qoç bürcü altında doğulan qadınlar kişi ixtisaslarına tez yiyelenirler. Nigahdan ağalıq etməyə, adamdan üstün olmağa çalışırlar.

Qoç bürcü və simvollar:
Planeti: - Mars
Elementi: - Od-alov
Xüsusiyyəti: - Liderlik
Uğurlu rəqəmi: - 1 və 9
Günü: - 2-ci gün
Uğurlu daşı: - Yaqut
Rəng: - Qırmızı
Heyvan: - Qoyun
Qiymətli daşı: - Dəmir