Şənbə, 23.11.2024, 06:57
| Salam Qonaq | RSS
Axtar
Sorğu
Namaz qılırsınız ?
[ Netice · Diger ]
Cavablar: 1888
Online

Xətdə cəmi 3
Qonaqlar 3
İstifadəçilər 0
Xahiş olunur çatda Etika qaydalarına riayyət edin . Hər hansı bir problem yaranarsa (055)-556-51-19, (070/077)-377-51-19 Etibar
 
500

QOÇ

( 21 mart - 20 aprel )

Əgər siz Qoç bürcündən heç olmasa bircə nəfər tanıyırsınızsa, onda həmin şəxsdə dinamikliyin, qorxmazlığın və qüvvətin nə olduğunu görərsiniz. Kişi-Qoçlar tərs, inadkar, lakin sona qədər mübariz, qəddar və hətta daşürəkli olurlar. Qadın-Qoçlar dünyəvi məsələlərdə çoxluq gedən yolla gedir, digər məsələlərdə isə yalnız öz fikirlərini yeridirlər. Buna baxmayaraq, statistika göstərir ki, Qoçların 90 faizi bütün ömrü boyu "ana uşağı" kimi qalırlar. Bu bürcdən olanların ən mənfi xüsusiyyəti "Mən həmişə haqlıyam" fikrində israr etməsidir. Əgər onlar 6-nı 9 görürlərsə, onlara rəqəmi tərsinə çevirməyə cəhd etmək əbəsdir.






BUĞA

( 21 aprel - 21 may )

Bəri başdan nəzərinizə çatdıraq ki, bu bürcə aid olanlar ən darıxdırıcı insanlardır. Onların öz həmsöhbətləri ilə ünsiyyəti yalnız Miriş demişkən, "Salam. Sağ ol" çərçivəsindən çıxmır. Əgər siz bir kişi ilə tanış olarkən cəmi beş dəqiqə sonra onunla söhbətdən bezirsizsə, çox ehtimal ki, yeni tanışınız Buğa bürcündəndir. Onların seksual hərəkətləri ildırım sürətilə baş verir. Bundan sonra belələri ilə hətta söhbət etmək də məsləhət görülmür. Orta əsrlər münəccimlərinin qənaətincə, Qadın-Buğalar çox tamahkar olur, ən gözəl, ən yaraşıqlı oğlanları ovsunlamağa çalışırlar. Ümumiyyətlə, bu adamlar həddindən artıq xidmət göstərən olur, işlədikləri müəssisənin şərəfini qaldırmaqdan və müəssisə rəhbərini razı salmaqdan böyük zövq alırlar. Yeri gəlmişkən, Buğa bürclülər magiyaya ən çox meyl edənlərdir.






ƏKİZLƏR

( 22 may - 21 iyun )

Bu şəxslərə xas olan uzaqgörənlik və ehtiyatlılıq heç də özünü həmişə doğrultmur. Bu "fırıldaqçılar" bir-birinə mübarizə apara, hər iki tərəfə kömək edə və ya aranı qızışdıra bilərlər. Onlar məhz bu cür xarakterə qadirdirlər. Onlar hətta "yayda qar da tapa bilərlər". Hər işi bacarmalarına baxmayaraq, Əkizlərin intim əlaqədəki cəhdləri uğursuzluqla nəticələnir. Qadın-Əkizlər çoxlu açarları olan vəzifəli şəxslərə qarşı xüsusi ehtiras bəsləyirlər: bu vəzifəli şəxs bank direktoru, türmə rəisi və s. ola bilər. Bu cür insanlar rəhbər orqanlara keçdikdən sonra, çətinlikləri bəhanə gətirərək, öz tərəf-müqbillərini soymaqla məşğul olurlar. Kişi-Əkizlər isə bu cür haqsızlığa dözə bilmir, bunun qarşısını almaq üçün əllərindən gələni edirlər.






XƏRÇƏNG

( 22 iyun - 22 iyul )

Xərçənglərin cəmiyyətdə nüfuz qazanmalarına mane olan onların eqoistliyi, məsuliyyətsizliyi, xasiyyətinin tez-tez dəyişməsidir. Bu bürcə aid olan kişilərin əksəriyyəti qorxaq, namərd olur. Kişi-Xərçənglərin hiyləgərliyi və emosional dayanıqsızlığı, onların qadınlarla olan münasibətlərinə mənfi təsir göstərir. Adətən bu bürcdən olan qadınlarala ailə həyatı qurmaq ücün kişilər uzun müddət gözləməli olurlar. Xərçəng "sürücülərsə" çox şıltaq olur: "qırmızı işığı" keçmək, "sürəti" həddindən çox artırmaq onların adətidir.






ŞİR

( 23 iyul - 23 avqust )

Astrologiyadan Şirləri mərd və cəsur insan kimi tanısaq da, bu adamlar eyni zamanda vəzifəpərəst, dikbaş və hissiyyatsız bir varlıqdırlar. Onlar şöhrətpərəst və lovğa olur, onların yerini tutmağa çalışan hər kəsi məhv edir, öz planlarını həyata keçirmək üçün hər şeyə (mənfi və müsbət cəhətdən) gedirlər. Qadın-Şirlər şıltaqlıq və ədabazlıq etmədən keçinə bilmirlər. Belə bir kosmik prinsip mövcuddur: "Şir, yalnız digər Şiri sevə bilər və bu digər Şir də elə onun özüdür". Ən dəhşətli Şir isə kasıb Şirdir. Belələri həmişə pafosla "Mən bacarıram, sadəcə olaraq, istəmirəm..." söyləyir. Onlar məqsədlərinə çatmaq üçün "peyğəmbər" rolu oynamaqdan da çəkinmirlər.






QIZ

( 24 avqust - 23 sentyabr )

Bu adamlar həddindən artıq tənqidçi olduqlarından onları tam razı salmaq çox çətindir. Bu ipo.xondrik insan həddindən artıq təmizliyə riayət etməyə çalışır, müxtəlif infeksiyalardan ehtiyatlanır. Şəxsi rahatlıq Qızlar üçün həyatın əsas ideyasıdır. Əgər kimsə atom müharibəsindən canını qurtarmağa sadəcə olaraq, ümid edirsə, bunun əksinə olaraq, Qızlar özlərinin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər həyata keçirməyə qadirdirlər. Qız-Qadınlarla bir yastığa baş qoymaq istənilən kişini çaşdırır. Çünki bu cür qadınlar həddindən artıq ehtiraslı və enerjili olurlar.






TƏRƏZİ

( 24 sentyabr - 23 oktyabr )

Deyilənə görə, bu bürcdən olaanlar hamıdan yaxşı yalan danışa və rəhbərliyə yaltaqlana bilirlər. Bu, onların əsl peşəsidir. Bu işarəyə mənsub olan qadınlar ciblərində qəpik-quruş olanda belə, ən yaxşı ticarət mərkəzindən bahalı avadanlıq almaq, "Cip"də gəzmək, xarici səyahət və daş-qaşlar haqqında xəyallara dalırlar. Kişi-Tərəzilər zahiri görünüşcə həddindən artıq cazibədar, ehtiraslı görünsələr də, "avtomobili" nadir hallarda idarə edir, döngəyə çatandasa hansı tərəfə dönməyi dəqiqləşdirməkdə çətinlik çəkirlər.






ƏQRƏB

( 24 oktyabr - 22 noyabr )

Öz ambisiyalarına nail olmaq üçün həmişə vəzifəyə can atan Əqrəblərlə daimi ünsiyyət qurmaqdan çəkinmək lazımdır. Çünki hücum üçün onların silanları həmişə hazır vəziyyətdə olur. Zahiri görünüşdən çox cəlbedici və gözəl olmalarına baxmayaraq, Qadın-Əqrəblər əsl cadugər olurlar. Onlar ağlasığmaz, qeyri-adi hərəkətlər törətməkdə mahirdirlər. Əgər avtomobil sürücüsü yolu keçən piyadanı vurubsa, siz əmin ola bilərsiniz ki, bu sürücü Əqrəb bürcündədir. Əgər siz belələrinin rəhbərliyi altında işləyirsinizsə, yaxşı yaşamaq üçün sizin üç çıxış yolunuz var: 1) onu sadəcə zəhərləyib öldürmək; 2) ondan yuxarı orqanlara şikayət etmək və onun vəzifədən uzaqlaşdırılmasına nail olmaq; 3) sadəcə iş yerini dəyişmək... Güman edirik ki, üçüncü variant daha məqsədəuyğundur.






OXATAN

( 23 noyabr - 21 dekabr )

Hədsiz dərəcədə kobud və ədəbsiz olan bu cür insanlarla münasibətdə istənilən xoşagəlməz hadisə baş verə bilər. Belə ki, metro və avtobuslarda gedərkən o, başqalarının ayağını tapdalayar və dava düşər, restoranda yeyib-içər və camaatla əlbəyaxaya çıxar və s. İntim əlaqələrdə Oxatanlar məqsədlərinə çatmaq üçün çox tələsirlər. İş fəaliyyətinə gəldikdə isə Oxatanlar çox yönsüz olduğundan işlədikləri idarəni iflasa uğrada bilərlər. Bu cür insanlar iş yerindəki bütün sənədləri qarışdırır və texniki avadanlıqları yarıtmaz hala salırlar. Onlara elə gəlir ki, bu cür xırda çeylərə baş qoşmaq yox, qlobal işlər haqqında düşünmək lazımdır.






OĞLAQ

( 22 Dekabr - 20 Yanvar )

Əgər çətin bir vəziyyətə düşmüsünüzsə, heç vaxt Oğlaqlara müraciət etməyin, onsuz da onların sizə köməyi dəyməyəcək.
Bu adamlar həmişə özlərindən min cür fırıldaq düzüb-qoşur, olduqları kimi görünmürlər. Hətta ola bilər ki, onların ali təhsil haqqındakı diplomu saxta olsun, habelə qumar oynayarkən onlardan beşinci tuz da çıxsın və s. Qadın-Oğlaqlar nadir hallarda əsl məhəbbət hissləri bəsləyirlər. Əgər bu cür qadınlar sizinlə bir yastığa baş qoyurlarsa, deməli, sizdən nəsə təmənna umurlar. Oğlaq yolagəlməz, vəzifəpərəst insandır və əgər hər hansı müəssisənin rəisi olsa, oradakı bütün əməkdaşların əməyini qəpik-quruşla dəyərləndirir.






DOLÇA

( 21 Yanvar - 19 Fevral )

Bu həlim insanlar ömrü boyu alternativ həyat obrazı axtarışında olur. "Hamı kimi yaşamaq!" onların ən nifrət etdikləri prinsipdir. Qadın-Dolçaların qeyri-adi tərslikləri onların seksual tərəf-müqabillərini intihara gətirib çıxara bilər. Başqa bürclərdən fərqli olaraq Qadın-Dolçalar boşanmış şəkildə qalmağı daha üstün tuturlar. Əgər ilk nigah gecəsini siz Kişi-Dolçayla keçirmisinizsə, səhər ayılanda özünüzün artıq qadın olub-olmadığınızı çətinliklə təyin edə bilərsiniz. Çünki Kişi-Dolçaların enerjisi zəif olduğundan qadınlar onunla keçirilən gecəni pis xatırlayırlar.






BALIQLAR

( 20 Fevral - 20 Mart )

Bu şəxslər kiçikboylu görünürlər, hətta boyları kifayət qədər hündür olduqda da onları heç kim seçə bilmir. Balıqlar bürcündən olan sürücünü heç təbii fəlakət də yol hərəkət qaydalarını pozmağa məcbur edə bilməz. Hətta yolda piyada və ya başqa maneə olmayanda da, onlar yenə də dördyol kəsişməsində avtomobili dayandırırlar. Bir sözlə, bu sürücülər çox ehtiyatlı olurlar. Əgər Balıqlar kiməsə qurğu və ya tələ qurmaq istəsələr, bu, böyük hay-küyə səbəb olur, onlar ifşa olunurlar. Belələrinin rəhbərliyi altında çalışanlar öz müdirlərinə asanlıqla hiylə gələ bilir, hətta bəzi hallarda onu müflisləşdirirlər.



Etibar Əmiraslanov © 2024
Сделать бесплатный сайт с uCoz