Şənbə, 23.11.2024, 06:51
| Salam Qonaq | RSS
Axtar
Sorğu
Bürclərə inanırsınız ?
[ Netice · Diger ]
Cavablar: 2235
Online

Xətdə cəmi 2
Qonaqlar 2
İstifadəçilər 0
Xahiş olunur çatda Etika qaydalarına riayyət edin . Hər hansı bir problem yaranarsa (055)-556-51-19, (070/077)-377-51-19 Etibar
 
500
Yoldaş olaraq Qoç

Qoçlar hər vaxt yeni insanlarla tanış olmaq istəyərlər, buna ehtiyacları vardır. Bu bürcdə doğulanların özlərini həyatlarının can damarı olan insanlardan uzaq tutmağa işləri intiharları demək olar. Zehni və romantik canlılıqlarını əlaqələrlə təmin edər, müvəffəqiyyətli ola bilmək üçün geniş bir ətrafla əlaqədə olma ehtiyacı duyarlar. Başqaları arasına qaynayıb- qarışmaq onların zəif yanları olan təsir etmə və əhəmiyyət verilmə ehtiyaclarını aradan qaldırar. Qoç bürcündəkilər asanlıqla bir qrupa girə bilərlər.Gerçək yoldaşlıq onlar üçün çox əhəmiyyətlidir. Çox sayda yaxın yoldaşları olmamasının bir səbəbi də budur.

Yaxın əlaqələri hər vaxt hirslərinin və sözlə hücumlarının yaratdığı gərginliyə dözə bilməyə bilər. Çənələri çox işləyər. Görkəmli bir başlanğıcdan sonra ətrafındakılar onlardan soyuyarlar. Qoçlar ümumiyyətlə kin tutmaz, qisas almağa çalışmazlar. İçlərində pislik yoxdur. Yaxın yoldaşlarına içdən bağlı, yanılmalara qarşı xoşgörüşlüdürlər. Bir yoldaşı çətinlikdədirsə şablon kədər sözləri ilə zaman itirməz, dərhal hərəkətə keçib, kömək üçün praktik həllər aralayar. Bu içdən insanlar heç bir şərt axtarışdan kisələrindəki son qəpiyi də verər, ya da vəziyyəti düzəltmək üçün həll yolları axtarıb qaçdırarlar.
Yoldaş olaraq Buğa

Heç kim sevimli Buğadan daha bağlı və etibarlı bir yoldaş ola bilməz! Buğaların böyük bir təsir oyandırmadıqları gerçəkdir. Təqdim etdikləri möhkəm, sevimli, isti yoldaşlıq ən böyük ehtiyac duymağı qarşılayar. Bir yoldaşda bundan kənar nə axtarıla bilər ki? Buğalar sevinc qaynağı ola bilsələr də, ümumiyyətlə başlanğıcda səssiz və utancaqdırlar. Yoldaşlığa həqiqətən dəyər verər, dostluqlarını təsadüfi təqdim etməzlər. Öküzlərin pul və ictimai vəziyyətin etibarlı olduğu yüksək kübar cəmiyyətdən yoldaşlıqları vardır. Özləri varlıqlı olmaya bilərlər, amma varlıqlı və sözü keçər kəslər tərəfindən qəbul edilir, onlar arasında çətinlik çəkmədən yerlərini ala bilərlər.

Buğa bürcündə doğan insanların yaradılışının digər insanları təsirləndirən bir istiqaməti də, həyatın artistik yanlarından zövq alma qabiliyyətləridir. Bütün gün büroda möhkəm işləmiş olmalarına baxmayaraq axşamları ya da həftə sonları yoldaşlarıyla paylaşacaqları yaradıcı məşğullar taparlar. Buğalar ümumiyyətlə yemək yeməyi sevərlər. Yoldaşları Öküzlərin evinə getməkdən həzz alarlar, çünki bunlar çox yaxşı ev sahibləridirlər. Yoldaşlıq qərargaha gəlincə, bir az şübhəli və qərarsızdırlar. Özlərini xoşsöhbət bir adam olaraq görmədiklərindən buzları əridə biləcəklərinə güvənə bilməzlər. Əlaqə yaratmaqdan qaçınar, hadisələrlə davranışlarını istiqamətləndirməyi gözləyərlər. Buğalar bir adama etibarlarını itirdikləri zaman, o adamı dəftərdən silərlər. Buğaların ən yaxın yoldaşları gözəl şeylərə olan sevgilərini bölüşdüyü insanlardır

Yoldaş olaraq Əkizlər

Əkizlər çox sayda yoldaşları, lakin ola bildiyincə az, dərin dostluqları olmasından xoşlanarlar. Onlar üçün yoldaşlıq əyləncə, sevinc və zehni bir xəbərdarlıq üçündür, öhdəçilik üçün deyil! Onlar keçən həftə söylədiklərindən məsul olmaq istəməzlər. Əkizlər, həyəcanlı anlarında bir şey söyləyə bilər və yoldaşlarının bunu anlamasını gözləyərlər. Bu heç də məntiqsiz olduqlarından deyil. Hər hansı bir axmaqlıq üzəridə məntiq icra edə bilərlər, mühakimə etmə qabiliyyətləri güclüdür. Amma gəlin də Əkizlər bürcündən birini dünən söylədiyini boynuna qoy. Zarafat edir olmalısınız! Onlar olduqları kimi(sevimli, əyləncəli, optimist, yaxşı niyyətli, ağıllı və yaxşı xasiyyətli bir enerji dəstəsi) qəbul etdikləri üçün özlərini etibarsız adam olaraq görməzlər.

Əkizlərin başında digərlərinin ünvan dəftərindəkindən daha çox sayda yoldaşının telefon nömrəsi vardır. Yoldaşları ümumiyyətlə geniş bir sahəyə yayılmışlar. Əkizlər iki adama çatacaq qədər yoldaşa sahibdirlər. Bəlkə də bürclərinin əkizlər adını alması bundandır. Əkizlərin ən yaxın yoldaşları özlərini maraqlandıran, daha çox mücərrəd mövzularda danışa biləcəkləri intellektual tiplərdir. Lakin bu kəslərin yalnız boşboğazlıq üçün, ən əlverişsiz saatda oyandırılmağa etiraz etməmələri lazımdır..

Yoldaş olaraq Xərçəng

Xərçənglər az sayda amma içdən yoldaşları olmasından xoşlanarlar. Onlara kömək etdiklərini bilib, qarşılığında hörmət və bəyənmələrini qazanmaqda məmnun olarlar. Yoldaşlarını intellektual sınayaraq deyil duyğularıyla seçərlər. Əgər bir Xərçəngə qanınız qaynamışsa böyük bir ehtimalla eyni şeylərə maraq duyur, eyni fikirləri paylaşırsınız deməkdir. Yaxın yoldaşlarıyla elə incə bir bağları vardır ki, saatlarla danışmaları lazım olmağa bilər. Xərçənglər sözləri ilə qəlbsındırandılar.Onları yaxşı tanımayanlar üçün incidici ola bilərlər. Bir günləri çox nadir hallarda digər günlərinə uyğunlaşar. Xasiyyətləri hal-hazırda olduqları yerə, birlikdə olduğu kəslərə və dahası havaya görə belə dəyişər. Buna qarşı Xərçənglər göründüklərindən çox daha dərin insanlardır. Gerçək yoldaşları bu istiqamətlərini bəyənər və onları olduqları kimi sevərlər.

Xərçənglərlə yaxın yoldaşlıq bir az darıxdırıcı ola bilər. Çox sevimli və xeyirxah olmalarına qarşılıq Xərçənglər həddindən artıq qoruyucu, yoldaşlarının yaxşılığı üçün həddindən artıq narahat olma meylindədirlər. Bu qayğının yönəldildiyi adam, məhbus olduğunu və fərdi varlığının təzyiq altına alındığını sanar. Çox romantik insanlar, sevgiyə çox ehtiyac duyarlar. Xərçənglər özünü bəyənmiş və eqoist olmalarına qarşı, olduqca qürurludur. Bu da onların bəyənilmələri və davamlı olaraq dəyərlərinin qarşılıq görməsi mənasını verər. Bu çətin olmaz; çünki onlar sevilməyə dəyən insanlardır.

Yoldaş olaraq Şir

Şir yoldaşınızın problemi çox əliaçıq və uca könüllü olmasıdır. Yoldaşlarına, dostluğun iki istiqamətli bir hadisə olduğu duyğusunun verdiyi zövqü daddırmazlar. Bu, pulun satın ala biləcəyi şeylərlə əlaqədar deyil. Biz burada, inkişaf etmiş Şir yaradılışından danışırıq. Yetkinləşməmiş tiplər çox zorba və yoldaşlarını əllərində tuta bilmək üçün təzyiqçi olarlar. Lakin əliaçıq və uca könüllü bir Şir də bu tutumuyla yaxşı bir yoldaşlığı öldürə biləcəyini ya da heç olmasa şikəst edə biləcəyini görməlidir. Faydalı nəsihətlər vermək də lazımdır.

Şirlər, onlara soruşulub soruşulmadığına fikir vermədən düşüncələrini açıqlamadan özlərini saxlaya bilməzlər. Səhv başa düşülməsin! Şirlər bağlı və etibarlı yoldaşlardır. Ümumiyyətlə əliaçıq və sevimli yoldaşları özlərinə çəkməyi bacararlar. Bu, gerçəkdə şanslı yanlarıdır, çünki belələri uyğun və yaxşı əlaqələr qura biləcəkləri nadir insanlardır. Qürurlu və ümumiyyətlə idarəçi tiplər, yoldaşlarından böyük hörmət bəyənilmə və bağlılıq gözləyərlər. Ətraflarına intellektual baxımdan onlara bərabər romantik olaraq onlara bağlı yoldaşlar toplama meylindədirlər. Öyüd verməyə ya da birinin problemini təhlil etmək onlar üçün vazgeçilməzdir. Çətinlikli vəziyyətlərdə, aşkar etməsələr belə, yoldaşlarını çox axtararlar. Şir bürcündən birinin yoldaşısınızsa, böyük bir ehtimalla siz də nümayişdən bir az xoşlanırsınız.Şirlər düşüncə və ümidlərində olduqca tək istiqamətlidirlər. Bu səbəblə çox şeylə maraqlanan insanları təsir edici, lakin naməlum və qərarsız taparlar. Nə olursa olsun, yoldaşlarını yarı yolda buraxmazlar.

Yoldaş olaraq Qız

Qızlar yaxınlaşılması asan olmayan insanlardır. Çox yoldaşları olduğunu söyləyə bilərlər; lakin bir başqası bunları tanış olaraq xarakterizə edə bilər. Qız bürcündə doğulanlar üçün gerçək yoldaşlığın dərinliyini və romantik əlaqələrini anlamaq asan olmaz. Daha çox intellektual yoldaşlar əldə edərlər; dostlarla əlaqənin onlarla-yüzlərlə mənası olması lazımdır. Fərdi əlaqələri ümumiyyətlə elastiklikdən məhrumdur. Bu demək deyil ki, bu praktik insanların zəng edəcəkləri, gedib gələcəkləri və hər vaxt kömək istəyəcəkləri yoldaşları yoxdur.

Çox seçicidirlər və yaxın olmaq istəyən yoldaşlarına cəsarət verməzlər, çünki xüsusi problemlərini müqəddəs sayar, qarışılmasından xoşlanmazlar. Yalnız çox yaxınlıq etdikləri, etibarlı kəslərə açılarlar. Gizli sirlərini paylaşa biləcəkləri bu tip insanları özləri axtarmazlar. Böyük bir ehtimalla bu ağıllı insanların maraqlarından birini paylaşan bir qrupda bir Qız yoldaş tapa bilərsiniz. İlk fikirdə bir az utancaqdırlar . Hər kəs araşdırıb tanıyana qədər geri planda qalmağı seçərlər. Ortaq yanların varsa Qızlara asanca yaxınlaşa bilərsiniz. Açıq sözlülükləri bir az mərhəmətsiz ola bilsə də, insanı rahatlaşdıran bir dürüstlükləri vardır. Bu ən diqqətə çarpan xüsusiyyətləridir, insan onlarla birlikdə olunca yerini tam olaraq bilər. Vicdanlıdırlar. Qızların görüş-ayrılığı üzündən yoldaşlarıyla tez-tez ədavətə düşdükləri görülər. Kimi insanlar yaxın yoldaşlarıyla görüşüb ayrılmalarına əhəmiyyət verməyə bilərlər. Lakin Qızlar bunu edə bilməzlər...

Yoldaş olaraq Tərəzi

Tərəzi bürcündə doğulanların kiməsə aid olmağa ehtiyacları vardır. Yoldaşlıq onlar üçün nəfəs almaq qədər lazımlıdır. Ümumiyyətlə dərin və tük ürpədici dostluqlar qurmazlar. Yoldaşlıq onlar üçün çox az tək qalmalarını təmin edən əyləncəli bir yoldur. Tərəzi ortaqlıq bürcüdür onlara görə evlilik və qardaşca bir ortaqlıq arasında təməldə bir ayrılıq yoxdur. Çünki şəhvət düşkünü deyil idealistdirlər. Sevgilini hər şeydən əvvəl bir yoldaş olaraq görərlər. Onlar, nadir olaraq özlərini bir əlaqəyə tam olaraq verərlər.Heç kim cazibədar və yüngülcə də müqavimət göstərən Tərəzi qədər dözülməz ola bilməz.

Tərəzilər xoş, sevimli, incə, və böyük bir diplomatdırlar. Qarşılaşdıqları hər kəsin özlərini sevməsini,yoldaş olaraq qəbul etməsini istəyərlər. Qoçu, təcavüzkar tipləri sevməz, birlikdə olmağa çətinliklə məcbur edilsələr xəstə ola bilərlər. Çoxunuzun bildiyi kimi Tərəzi bürcünü, sevgi, gözəllik və uyğunlaşma planeti olan Venera idarə edər. Bu xüsusiyyətlər Tərəzi əlaqələrində axtardıqları təməl xüsusiyyətləridir.Çalışdıqları, yaşadıqları yerlərdə artistik incə və sevimli olana yaxınlaşarlar. Ən yaxşı yoldaşları, yaradıcı və gözəl sənətlərdə ustalaşmış, bunlara dəyər verən, ya da marağı olan kəslərdir. Tərəzilərin özləri də bu mövzularda qabiliyyətlidirlər. Əyləncəni, yaxşı geyinməyi, yoldaşlarının evinə getməyi sevərlər.Ev sahibi olaraq da, qonaq olaraq da incə, nəzakətli və şəndirlər...

Yoldaş olaraq Əqrəb

Əqrəb bürcündəki kəslər bütün yoldaşların ən çətini ola bilərlər. Ümumiyyətlə təkdirlər; duyğularını paylaşmaz, hər şeyi bildikləri kimi etmək istəyərlər. Yoldaşlarının, problemləriylə yaxından maraqlanmalarını istər yoxsa əlaqələrini kəsərlər. Əqrəblərin ətrafında verəcək bir şeyləri olmadıqca olmaz. Əqrəblər ehtiyac duymadıqları üçün yoldaş əldə etmələri asan olmaz. Nə cür bərk görünsələr görünsünlər bu Əqrəblərin təməl xüsusiyyətidir. Nəysə ki bu saf tip ana xəttləri eyni qalmaqla birlikdə doğum xəritəsindəki digər faktorlar tərəfindən dəyişdirilə bilər. Əqrəblərin yoldaşında axtardığı şey nədir? Öz düşüncələrinin əks-sədasımı? Bir sınaq taxtasımı? Yoxsa məhbus bir dinləyicimi? Problem, yoldaşlarının ona ehtiyac duymağıdır.

Doğum xəritəsindəki müsbət və uyğun təsirlərin nəticəsi olaraq imtiyazlar vardır. Daha inkişaf etmiş Əqrəblər (romantik olaraq qışqırdılmadıqca) etibarlı və candan yoldaşdırlar. Yoldaşları üçün cəsarətlə çalışar, döyüşərlər. Gücsüz yoldaşları onların yılmaz qurululuqlarıyla güc və mənəvi qazanarlar. Lakin Əqrəb bürcündən bir adam biriylə yoldaşlıq qurmaq istəsə, bu ümumiyyətlə onu gizli bir məqsədi olduğu mənasını verər. Əqrəblər sevdikləri bir adama ya da məqsədlərinə ehtiras və bağlılıqla xidmət edə bildikləri kimi nifrət iyrənmələriylə eyni nisbətdə can yandırıcı ola bilərlər. Gerçək yoldaşlığın güvən və paylaşma üzərinə qurulduğuna inanarlar. Lakin çox nadir tapıldığının şüurundadırlar. Əgər yoldaşlığın güvən və paylaşma üzərinə qurulduğu qəbul edilirsə, Əqrəb yoldaşlığı bunlardan payını almamışdır deyə bilərik...

Yoldaş olaraq Oxatan

Oxatan bürcündəki kəslər çox yaxşı yoldaşlardır. Şən, zarafatcıl və son dərəcə ağıllı olan bu insanlar, hər səviyyədən yoldaş əldə edərlər. Bir müddət üçün onlara ilişməkdən həzz alacaqsınız. Ətrafınızda bu şən insanlar varkən darıxdırıcı,sıxıcı dəqiqələr çox nadirdir. Durğun kəsləri çaşmış və nəfəssiz buraxacaq bir həyata sevinciylə təcrübədən təcrübəyə qaçarlar. Əsnasında çox ciddi də ola bilərlər. Sevincləri, sadə davranışları ilə təlxəklik meylləri yaradılışlarının yalnız yarısını meydana gətirər. Bu istiqamətlərinin cazibədarlığı, onları bürclər arasında sevilən olmalarını təmin edər.

Bu kəslər, yoldaşlarının problemləriylə yaxından əlaqədardırlar. Onların həyatlarını daha asan və müstəqil etməyə istiqamətli hər proyekti dəstəklərlər. Yayların yoldaşları da ümumiyyətlə özləri kimidirlər. Bir-birlərini heç bir zaman bağlamazlar. Yaylar zamanlarını yaranmanın ciddi və yüngül istiqamətlərini ziddiyyətə salmadan ayırmağa bacararlar. Enerji və həyəcanları sərhədsiz bir coşğunluqdadır. Bu insanlar əliaçıq və içdən yoldaşlardır. Yaxınları onların açıq sözlü dürüstlükləri ilə əlaqədar ideallarını bəyənərlər. Azadlıq və müstəqilliklərinə çox dəyər verərlər. Hakim belə olsalar vicdanlarını yoxlamadan başqalarının azadlığını məhdudlaşdırmazlar. Qonaqpərvərlikləri, incəlikləri və pul mövzusunda əliaçıqlıqları yaxınları arasında əfsanələşmişdir..

Yoldaş olaraq Oğlaq

Oğlaq bürcündə doğulanların çox sayda yaxın yoldaşları ola bilməz. Təməl sahələri, işləridir. O günün işləri bitincə, xüsusi problemlərlə əlaqədar bir danışığın başladılması lazım olduğunu düşünən biriylə istirahət etməkdən xoşlanar. Yoldaşlarının əksəriyyəti çox içli-çöllü olmağı gözləməyən, keçici tiplərdir. Oğlaqlar möhkəm yoldaşlıqlar qura bilərlər. Bu nadir görülən vəziyyətlərdə içdən və bağlıdırlar. Lakin Oğlaqların yoldaş qrupu üzvlərinin sayı çox məhduddur və üzvlər çox sıx toplanmazlar. Bu tiplər üçün bu dünyada dərdləşə biləcəkləri (lazım olsa) birinin tapıldığını bilmələri kifayətdir. Bu onlara xoşbəxtlik və sağlamlıqları üçün lazımlı güvən duyğusunu verər. Əhəmiyyətli olan bu seçkisinin, tətbiqi deyil; çünki dərin, etibarlı yoldaşlıq bir Oğlağın ehtiyatda (ya da ağılında) tutduğu bir şeydir və böyük bir ehtimalla ona heç bir zaman ehtiyacı olmayacaq. Bu insanlar asanlıqla əylənə bilərlər. Sadə bir boşboğazlıq, bir neçə qədəh içki, musiqi dinləmək, televizora baxmaq ya da iş və gündəlik hadisələri danışmaq onlara yetər. Bu kəslər, ictimai ümidləri olan romantik tiplər olmadıqları kimi əyləncə düşkünü də sayılmazlar.

Gerçəkdə istədikləri, yetkinləşmə iş və karierlərində olduğunca irəliləyib, bacara bilsələr özlərinə ad etmək olan əsas məşğuliyyətləri arasında keçici bir fasilədir. Yaxın yoldaşlarıyla onları sevənlər, onların çox duyğulu olduqlarını fərq edərlər. Xarici görünüşləri möhkəm, balanslı və bacarıqlı olmasına qarşı, təməldə utancaqlıq, qərarsızlıq və naməlum qorxular saxlayarlar. İlk fikirdə bu kəslər bir çox adama soyuq görünə bilər. Bu görünüş, narahatlıqlarını örtmək üçün geyindikləri bir maskadır. Rədd etmə ya da açıq yoldaşlıq cəhdləriylə özlərini alçaltma şansını kimsəyə verməməyə və duyğularını kimsəyə hırpalatmamaya çox qərarlıdırlar. Duyğularını kimsənin çata bilməyəcəyi bir yerə etibarla gizləmişlər. Qısacası, Oğlaqların bir çox adam üçün doyurucu bir yoldaş olma ehtimalı çox azdır...

Yoldaş olaraq Dolça

Dolça bürcündəkilərin yoldaşlığı ən yüksək səviyyədədir. Romantik bir doyum təmin edərək, özlərinə yaxın olanlar üçün bir coşğu qaynağı olarlar. Bu çaşılacaq bir deyimlə Dolçalar ən yaxşı yoldaşlardır. Qısqanc və eqoist olmazlar. Yoldaşlıqda bir növ imtiyaz axtaran insanlar bu kəslərlə acı bir xəyal qırıqlığına uğrayarlar. Dolçalar yoldaşlıq anlayışını fərdi azadlığına və çox istəməmə qanununa bağlarlar, adamın özünə deyil! Ümumiyyətlə sevimli ya da həyat yoldaşının yerinə dost olaraq daha müvəffəqiyyətli olarlar. Bunların heç biri, sevgi və istiliyə ehtiyacı olmayan üstün tiplər olduqları mənasını verməz. Onlar idealistlərdir. Təklikləri ümumiyyətlə cəmiyyətlə uyğunlaşmayan düşüncə və davranış formalarına sahib olmalarındandır. Yenə də qısa müddət üçün də olsa yaradılışlarında başqalarını çəkən, bir gücləri vardır deyilə bilər.

Dolçalar insan əlaqələrinə içdən bir maraq göstərərlər. Bir çoxları kimi mənimsəyici olmasa belə yoldaşlığın dərin istiqamətlərini əməlli-başlı anlar və yalnız gözəl bir neçə saat keçirməyə yaramadığını bilərlər, yoldaşlıqlarını hər vaxt qoruduqları və mənalı bir əhəmiyyət verməklə qiymətləndirdikləri bir qürur qatarlar. Lakin ümumiyyətlə Dolçalar yoldaşlarına qarşı çox ədalətli və comərd davranan, insaflı kəslərdir. Almaq-vermək mövzusunda həssas bir strukturları vardır. Yaradıcılıqları və üstün zəkaları ilə yoldaşlarını təsir edərək, ən müsbət istiqamətlərini ortaya çıxararlar..

Yoldaş olaraq Balıq

Balıq bürcündə doğan kəslər ən yaxşı yoldaşı axtardıqları üçün təbii olaraq tez-tez xəyal qırıqlığına uğrayarlar. Onların problemləri, heç bir adamın uyğun gələ bilməyəcəyi bir yoldaşlıq idealları olmasıdır. Çox şey gözləyərlər. Tapılması qeyri-mümkün şeyləri əldə edə bilməyincə də, onlara olan maraqlarını itirməyə başlarlar. İstədiklərinin məntiqsiz olduğunu anlarlar və hərhalda bağlılıqları daha güclüdür. Özlərində tapa bilmədiklərini şüuraltına itələyər və qeyri-mümkünü axtarışı davam etdirərlər. Sevgi və yoldaşlığı ayrı-ayrı qiymətləndirmək, Balıqlar üçün asan olmaz. Ümumiyyətlə ya ikisi birdən, ya da heç biri deyərlər. Tək qalmağı istəməzlər amma yenə də qısa davamlı təkliklərə ehtiyac duyarlar. Bu, yaradılışlarının bir xüsusiyyəti olaraq, yeni tanış olduqları kəsləri çaşdırıcı tapmalarındandır. Hərəkətli yoldaşlıqlardan xoşlanar və özlərini dəliliyə yaxın bir həyəcana qapdıra bilərlər. Buna qarşı sabahısı gün qabığına çəkilmiş, öz-özünə əsəbləşən, birlikdə sevinc və yoldaşlıq duyğularını paylaşdıqları adamın üzünə baxa bilməyən biri ola bilərlər. Bu dağıdıcı duyğu dalğalanmaları Balıqların tanışlığı özəl bir təcrübədir. Bu səbəblə telefon ya da qapı döydüyündə cavab verər və yoldaşlarına (səssizcə də olsa) təbii bir reaksiya göstərə bilərlər. Bu qəribə və incə insanların, bir aktyorluq istiqamətləri ola bilər. Balıqlar ətraflarındakı kəsləri xoşbəxt etməkdə böyük hünər göstərərlər. Bir yoldaşlığı, xəyallarındakı romantik eşqə çevirməyə çalışdıqları zaman xaric! O zaman həddindən artığa qaça bilər, insanı minnət altında buraxan həddindən artıq bir sevgi göstərə bilərlər. Bu insanlar əyləndirmə baxımından təkdirlər. Evlərində yoldaşlarını çox yaxşı ağırlayarlar. Başqalarını xoşbəxt etmək onları da xoşbəxt edər....
Etibar Əmiraslanov © 2024
Сделать бесплатный сайт с uCoz